Xalqımız Trampın planını tarixin tullantılarına atacaq - Mahmud Abbas

29.01.2020 11:13

Fələstin prezidenti Mahmud Abbas ABŞ-ın İsrail-Fələstin münaqişəsinə dair "Yüz ilin planı”na etiraz edib.

Anadolu agentliyi xəbər verir ki, onun sözlərinə görə, Fələstin Qüds şəhərini heç vaxt güzəştə getməyəcək. "Xalqımız bu planı tarixin tullantılarına atacaq” - deyən Abbas, Fələstinə dəstək verənləri işğalçılara qarşı birləşməyə çağırıb.

Xatırladaq ki , Tramp "Yüz ilin planı”nda fələstinlilərə suveren dövlət vəd edib. Plana əsasən Qüds bütövlükdə İsrailin ərazisi və paytaxtı olacaq./publika.az

© xezerxeber.az


86 dəfə oxunub

XƏBƏRLƏR

21.02.2020 15:02

Frankfurtda 5 qol - VİDEO

ÇOX OXUNANLAR