AŞPA-da 20 Yanvarın 30-cu ildönümü ilə bağlı tədbir keçirilib

28.01.2020 16:38

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) "20 Yanvar faciəsinin 30-cu ildönümü - müstəqil Azərbaycan xalqının yenidən dirçəlişi” adlı panel keçirilib.

APA-nın Avropa bürosunun xəbərinə görə, tədbir Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin üzvü Esmira Cəfərova, Fransada yaşayan şərqşünaslıq üzrə tədqiqatçı Şirin Məlikof, Azərbaycanın Fransadakı səfiri, Fransada yaşayan Azərbaycan diaspor nümayəndələri və xarici diplomatlar iştirak ediblər.

İlk olaraq şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra 20 Yanvar hadisələrini özündə əks etdirən foto çarx nümayiş etdirilib.

S. Seyidov günahsız insanların qətlə yetirildiyi hadisələr haqda məlumat verib. Onun sözlərinə görə, hazırkı stabillik və qazanılan bütün nailiyyətlər azadlıq uğrunda mübarizədən başlayıb.

Tədbirdə qeyd olunub ki, sovet qoşunlarının törətdiyi qırğınlar insanların müstəqillik arzusunu boğmaq üçün edilib, ancaq Sovet İttifaqı rəhbərliyi öz niyyətinə çata bilməyib, əksinə insanların azadlıq istəyi daha da güclənib.

O da bildirilib ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın müstəqilliyinin bərpasında dönüş nöqtəsi olub.

© xezerxeber.az

FOTOQALERIYA






103 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR