ABŞ aeroportlarında koronavirusun aşkarlanma yolları genişləndirilir

28.01.2020 16:15

Amerika Birləşmiş Ştatlarının Xəstəliklərə nəzarət və profilaktika mərkəzlərinin nümayəndələri bəyan ediblər ki, onlar Çindən gələn sərnişinlər üçün yoxlamaların sayının artırılması barədə məsələni nəzərdən keçirirlər.

Çində koronavirusla təsdiqlənmiş yoluxma halları artmaqda davam edir və ABŞ Administrasiyası bundan çox narahatdır.

ABŞ-da yeni təsdiqlənmiş yoluxma halları məlum 5 hadisədən başqa hələ ki, qeydə alınmayıb. Bununla yanaşı, 26 ştatdan 110 nəfər hazırda virusa testlənmədən keçirilir.

Qeyd edək ki, Dövlət Departamenti bundan əvvəl səfərlər barədə konsultativ məlumat dərc etmiş və amerikalılara epidemiyanın baş qaldırdığı Uxan şəhərindən çıxmaq əmri verib. Bazar ertəsi Dövlət Departamenti, həmçinin amerikalıları Çinə hər hansı əhəmiyyətsiz səfərdən yayınmağa və Uxan şəhərinin yerləşdiyi Hubey əyalətinə getməməyə çağıran yenilənmiş turist tövsiyələrini də dərc edib. (AZƏRTAC)

© xezerxeber.az


107 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR