“Bir neçə dəqiqə əvvəl…” – Netanyahudan kritik qərar

28.01.2020 15:55

İsrailin Baş naziri Binyamin Netanyahu parlament toxunulmazlığı tələbini geri götürdüyünü söyləyib.

Baş nazir məsələ ilə əlaqədar Knesset (parlament) sədrinə müraciət etdiyini bildirib.

"Bir neçə dəqiqə əvvəl Knesset sədrinə parlament toxunulmazlığı tələbini geri götürdüyümü bildirdim. Siyasi qalmaqalın apardığım tarixi prosesə müdaxilə etməsinə icazə verməyəcəyəm”, - Netanyahu vurğulayıb.

Bəyanat baş nazirə məhkəmə toxunulmazlığı təmin etmək üçün bir komissiyanın yaradılması məsələsinə baxılacağı Knessetin plenar iclasının başlamasından bir saat əvvəl verilib.

Hal-hazırda İsrail baş naziri ABŞ-dadır. O, bu gün ABŞ Prezidenti Donald Trampla görüşəcək. Göüşdə Trampın Fələstin-İsrail münaqişəsinə dair planı ("Yüz İlin Anlaşması”) müzakirə olunacaq.

Əlavə edək ki, 2019-cu ilin noyabr ayında Netanyahu rüşvət almaqda ittiham edilib. Buna cavab olaraq, Netanyahu bu iddianın məqsədinin onu hökumət başçısı vəzifəsindən uzaqlaşdırmaq olduğunu söyləyib./teleqraf

© xezerxeber.az


118 dəfə oxunub

XƏBƏRLƏR

16.02.2020 17:54

Şamaxıda zəlzələ olub

ÇOX OXUNANLAR