Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bərzanidən ABŞ-a xəbərdarlıq: “Pis nəticələnəcək...”

28.01.2020 15:51

ABŞ-ın Bağdaddakı səfirliyinə hücumu pisləyən İraq Kürd Regional Muxtariyyətinin baş naziri Nəçirvan Bərzani bu addımın təkrarlanacağı təqdirdə ölkə üçün pis nəticələnəcəyini bəyan edib.

Bərzani səfirlik və diplomatik nümayəndəliklərin qorunmasında hökumətin məsuliyyət daşıdığını söyləyib:

"Diplomatların hədəfə çevrilməsinə icazə verilməməlidir. ABŞ-ın Bağdaddakı səfirliyinə hücumu pisləyirik. Bu cür hücumlar birbaşa İraqın sabitliyi və maraqlarını təhdid edir. Bu, təkrarlanarsa və ya davam edərsə, ölkə üçün pis nəticələrə gətirib çıxaracaq”.

Qeyd edək ki, Bağdadda ABŞ səfirliyinə dünən təşkil olunan raketlə hücum zamanı 3 nəfər yaralanıb./teleqraf

© xezerxeber.az


100 dəfə oxunub

XƏBƏRLƏR

23.02.2020 11:57

Messidən poker - VİDEO

ÇOX OXUNANLAR