Putindən yeni təyinatlar - Fərman imzaladı

24.01.2020 13:39

Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.

Putin özünə iki yeni köməkçi təyin edib.

Fərmana əsasən, Vladimir Medinski və Maksim Oreşkin prezidentin köməkçiləri müəyyən edilib.

Bundan başqa, baş nazirin keçmiş müavini Dmitri Kozak Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.

Vladimir Medinski bundan əvvəl Mədəniyyət naziri, Maksim Oreşkin isə İqtisadi inkişaf naziri vəzifələrində çalışıb./publika.az

© xezerxeber.az


178 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR