Çindən Türkiyəyə gələn bütün sərnişinlər xüsusi cihazlarla yoxlanacaq

24.01.2020 09:36

Türkiyənin Səhiyyə Nazirliyi Çindən ölkəyə gələn bütün sərnişinlərin hava limanlarında xüsusi cihazlarla yoxlanacağını bildirib.

Xezerxeber.az xəbər verir ki, buna səbəb Çinin bir neçə bölgəsində yayılan koronavirus (2019-nCoV) göstərilir. Bununla bağlı nazirliyin nəzdində elmi şuranın növbədənkənar iclası keçirilib.

Çin hökuməti ərazini karantin altına aldıqdan bu ölkənin hava yolu şirkəti tərəfindən həftədə üç dəfə həyata keçirilən Uxan-İstanbul səfərləri dayandırılıb. Hava limanlarında karantin otaqları gücləndirilmiş iş rejiminə keçib.

© xezerxeber.az


91 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR