Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

İranın “Bəsic” hərbi birləşməsinin komandiri Əbdülhüseyn Mücəddim qətlə yetirilib

22.01.2020 15:02

İranın Xuzistan vilayətində "Bəsic” hərbi birləşməsinin komandiri Əbdülhüseyn Mücəddim qətlə yetirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə vilayətin rəhbəri Səid Hacian məlumat verib. O bildirib ki, komandir ötən gecə evinin qarşısında öldürülüb. Qubernator qətlin xaricdən sifariş edildiyi ehtimalını irəli sürüb.

Məlumatda qeyd olunub ki, komandiri qətlə yetirməkdə şübhəli bilinən şəxslər həbs edilib. İstintaq aparılır.

"Bəsic” könüllülərdən ibarət hərbiləşdirilmiş təşkilatdır. Bu təşkilatın sıralarında İran İslam İnqilabının Keşikçiləri Korpusu üçün kadr hazırlığı həyata keçirilir.

© xezerxeber.az


132 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR