ABŞ İranı Çin bazarında da vurdu

22.01.2020 17:07

ABŞ 2021-ci ildə Çinə enerji resurslarının əsas tədarükçüsü ola bilər.

Bunu Köln Alman İqtisadiyyat İnstitutunun əməkdaşı Sonya Ber deyib.

"Əgər 2017-ci ildə əsas hesablamaları nəzərə alarsaq, Çin ABŞ-dan 6,8 milyard dollarlıq enerji daşıyıcısı alıb. 2021-ci ilə qədər tədarükün 40,7 milyard dollara qədər çatdırılması nəzərdə tutulub. Nəticədə ABŞ-ın Çinin idxal etdiyi enerji daşıyıcılarındakı payı 3,2% artaraq, 19%-ə çatacaq. Nəticədə ABŞ Çin bazarına neft-qaz ixrac edən ən böyük tədarükçülər sırasında 11-ci yerdən 1-ci yerə yüksələcək”, – deyə o bildirib./axar.az

© xezerxeber.az


124 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR