Məşhur cütlük jurnalistləri məhkəməyə verməyə hazırlaşır - FOTO

22.01.2020 15:47

Böyük Britaniya Krallığını idarə edən ailənin imtiyazlarından imtina edən Sasseks şahzadəsi Harri və aktrisa həyat yoldaşı Meqan Markl Kanadada çəkilən gizli fotolarına əsəbiləşib.

Cütlük icazəsiz şəkildə fotolarını çəkənlərə vəkilləri vasitəsilə qanuni xəbərdarlıq edib.

Onlar kolluqlarda gizlənərək icazəsiz foto çəkdiklərinə və tabloid qəzetlərdə dərc etdiklərinə görə şəxsi həyata müdaxilə və təcavüzdə ittiham edilir.

Cütlüyün vəkilləri paparatsilərin bu hərəkətini məhkəməyə qədər aparmağa hazır olduqlarını bildirir. Açıqlamada fotoqrafların Harri və Meqanın Kanadanın Vankover şəhərindəki evlərinin içinin belə böyük lensli fotoaparatlarla çəkməyə çalışdıqları vurğulanıb. Hətta həmin evin önündə çox sayda jurnalist düşərgə salıb.

Qeyd edək ki, Harri və Meqan kral ailəsindən ayrıldıqdan sonra aktrisa oğlu Arçi ilə birlikdə iki həftə öncə Kanadaya gedib. Bu həftə Harri də ailəsinin yanına uçub. Onların Kanadada nə qədər qalacaqları və İngiltərəyə qayıdıb-qayıtmayacaqları məlum deyil.

publika.az

© xezerxeber.az


104 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR