Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bu ölkədə son 20 ilin REKORDU: ötən il 35 min insan öldürüldü - VİDEO

22.01.2020 14:32

2019-cu ildə Meksikada törədilən qətllərin sayı son 20 ilə nəzər yetirdikdə ən yüksək səviyyəyə çatıb.

Rəsmi məlumatlara görə, 130 milyon əhalisi olan ölkədə keçən il 34 min 582 adam öldürülüb.

2018-ci ildə isə törədilən qətllərin sayı 33 min 743 nəfər olub.

Meksikada cinayət sayı beş ildir davamlı artır. Ancaq 2019-dakı artım nisbəti 2,5% olub. Cinayətlərin böyük əksəriyyəti narkotik kartellerinin fəaliyyətləri ilə əlaqəlidir.



Mütəxəssislər cinayət sayındakı artımın əvvəlki illərdən fərqli olaraq təkcə narkotik alverindən qaynaqlanmadığına diqqət çəkir. Səlahiyyətlilər Quanajuato kimi əyalətlərdə əsas səbəblərdən birinin benzin oğurluğu olduğunu söyləyib.



Ötən il qadın cinayətləri, insan alveri və soyğunçuluq hadisələrində də artım olduğu qeyd olunub. Ölkədə keçən il qadınlara qarşı cinayətlərinin sayı 10,3% artaraq 1006-ya çatıb. 8500-dən çox soyğunçuluq hadisəsi əvvəlki ilə nisbətən 29% artımın olduğunu göstərir.

Publika.az

© xezerxeber.az


206 dəfə oxunub

ÇOX OXUNANLAR