Müsəlman ölkəsi yenidən AYAĞA QALXDI: 460 ölü, 19 min yaralı

21.01.2020 21:33

İraqda hökumətə qarşı baş qaldıran etiraz aksiyaları yenidən şiddətlənib.

Aksiyaçılarla asayiş keşikçiləri arasında baş verən insident nəticəsində azı 6 nəfər ölüb, 60-a yaxın yaralı var.

Paytaxt Bağdadın "Təhrir”, "Təyəran” və "Qeylani” meydanlarında akisyaçılarla polis arasında iki gündür yaranan iğtişaş davam edir.

Qeyd edək ki, İraqda 1 oktyabr 2019-cu ildən bu yana işsizlik, yoxsulluq, sosial xidmətlərin çatışmazlığı, ölkənin daxili işlərinə müdaxilə səbəbi ilə hökumətə qarşı etiraz aksiyaları keçirilir.

İraq Ali Müstəqil İnsan Haqları Komissarlığının 4 dekabr 2019-cu il tarixli açıqlamasına görə, akisyalarda ən az 460 insan ölüb, 19 min nəfər yaralanıb./publika.az

© xezerxeber.az


187 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR