Deputatın avtomobili qarət edilib - Ermənistanda

18.01.2020 14:27

Ermənistanda naməlum şəxs və ya şəxslər deputatın avtomobilinin şüşəsini sındırıb.

Xezerxeber.az-ın "aysor.am" saytına istinadən verdiyi xəbərə görə, bu barədə millət vəkili, Ermənistan Parlamentindəki "Mənim addımım" blokunun üzvü Gevorq Papoyan özünün "Facebook" səhifəsində yazıb.

"Ümid edirəm ki, bunu edən və maşından şəxsi sənədlərim olan portfeli oğurlayanlar tezliklə tapılacaq. Hadisə barədə artıq polisə bildirmişəm", - deyə erməni deputat qeyd edib.

© xezerxeber.az


125 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR