Nepalda qar uçqunu nəticəsində 7 nəfər itkin düşüb

18.01.2020 14:24

Nepal dağlarında məşhur yürüş yolunun qar uçqununa məruz qalması nəticəsində 7 nəfər itkin düşüb.

Xezerxeber.az-ın "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə yanvarın 17-də baş verib. İtkin düşənlərin dördü cənubi koreyalı müəllim, digər üç nəfər isə nepallı bələdçidir.

Nepalın Turizm Nazirliyinin rəsmisi bildirib ki, uçqunda xəsarət alan bir nəfər Çin vətəndaşı bu gün xilas edilib: "Qar uçqunu Annapurna dağını əhatə edən Annapurna yürüş yolunda qeydə alınıb. Bu günə qədər xilasedicilər uçquna düşən 30 trekeri xilas edərək təhlükəsiz əraziyə aparıblar. Hava şəraitinin pisləşməsi nəticəsində axtarışlar çətinləşib. Buna baxmayaraq axtarışlar davam edir".

© xezerxeber.az


120 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR