Maşından musiqi qrupunun üzvlərinin yanmış meyitləri tapılıb

18.01.2020 12:57

Meksikada yük maşınından 10 nəfərin yanmış meyiti tapıb.

Hadisə ölkənin cənub-qərbindəki Gerrero ştatının Çilapa de Alvarez rayonunda qeydə alınıb.

Məlumata görə, meyiti tapılan şəxslər yerli əhalinin nümayəndələrindən ibarət olan "Sensasion" musiqi qrupunun üzvləridir. Hadisə ilə bağlı istintaq başlanıb.

İlkin məlumata görə, musiqiçilər Tlayelpan kəndindən konsertdən qayıdırmışlar. Onların öldürüldüyü ehtimal edilir.

© xezerxeber.az


122 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR