Bu ölkədə 5 bal gücündə zəlzələ oldu

16.12.2019 11:27

İndoneziyanın Şimali Sumatra əyalətində zəlzələ olub.

Qərbi Nias bölgəsinin 138 km cənub-qərbində 5 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

İndoneziya Meteorologiya, İqlim və Geofizika Qurumunun məlumatına görə, zəlzələnin episentri yerin 24 km dərinliyində olub.

İnsan tələfatı və dağıntı barədə məlumat yoxdur.

Sakit Okean Sunami Xəbərdarlığı Mərkəzi sunami xəbərdarlığı verməyib./Publika.az

© xezerxeber.az


132 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR