Amsterdamda etiraz: 26 nəfər saxlanıldı

15.12.2019 12:32

Niderlandın paytaxtı Amsterdamdakı Şiphol hava limanının bir hissəsi etirazçılar tərəfindən "işğal" edilib.

Axar.az xəbər verir ki, səhər saatlarında etiraza başlayan vətəndaşlar hökumətdən Şiphol hava limanındakı uçuşların azaldılması, qısa məsafədəki uçuşlara alternativ olaraq qatar reyslərinin açılması və təyyarə biletlərinin bahalaşdırılmasını tələb ediblər.

Etirazçılardan 26-sı polis tərəfindən saxlanılıb.

Fövqəladə vəziyyət elan edən polis digər etirazçıları avtobuslarla ərazidən uzaqlaşdırıb.

Aksiyadan dolayı gün ərzində hava limanına giriş və çıxışlarda fasilələr yaranıb.

Qeyd edək ki, sözügedən ölkədə iqlim dəyişikliyi ilə bağlı etiraz aksiyası keçirilir.

© xezerxeber.az


258 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR