Aziz Sancar istefa verdi - ŞOK

15.12.2019 12:21

Nobel mükafatçısı Aziz Sancar son günlər mübahisələrə səbəb olan İstanbul Şəhər Universitetinin Qəyyumlar Şurasının üzvlüyündən istefa verib.

Bu barədə "Sözçü" qəzetinin yazarı Sərpil Yılmaz məlumat yayıb. Jurnalist köşə yazısında Sancarın əmlakı müsadirə olunan ali məktədən istefa etdiyini yazıb.

Nobel mükafatçısı istefasına "son illər problemlər yarandığına görə istefa verdim, həm yazılı şəkildə, həm də vəkilim vasitəsilə" sözləri ilə aydınlıq gətirib.

Yazar Aziz Sancarın İstanbul Şəhər Universitetinin yerini belə bilmədiyini qeyd edib. Aziz Sancar üzvlük məsələsinə belə reaksiya verib: "Cənab Əhməd Davudoğlunun istəyi ilə 2016-cı ildə Qəyyumlar Şurasına üzv olmağı qəbul elədim".

Xatırladaq ki, dekabrın 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan universiteti işarə edərək Xalq Bankını aldatmağa çalışdığını söyləmişdi./Teleqraf.com

© xezerxeber.az


119 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR