Evsizlər gəmidə qalacaq - İcarə haqqı isə...

15.12.2019 11:09

ABŞ-ın Kaliforniya ştatında evsizlərin kruiz gəmisində yerləşdirilməsi təklif edilir.

Son iki ildə ABŞ-da evsiz insanların sayı kəskin şəkildə artıb və problem getdikcə ciddiləşir.

Oklend rəhbərləri (Kaliforniya ştatı) hesab edir ki, evsizlərin kruiz gəmisində yerləşdirilməsi problemin həllinə az da olsa kömək edəcək.

Məlumata görə, 430 min əhalisi olan şəhərdə 3,2 min insanın evi yoxdur.

Şəhər Şurasının nümayəndəsi Rebeka Kaplanın sözlərinə görə, 1 gəmiyə 1000 nəfər yerləşə bilər:

"Bu, problemin həlli üçün optimal variant hesab edilə bilər. Kruiz gəmiləri təbii fəlakətlərdən sonra insanları tez bir zamanda yerləşdirmək və Olimpiya Oyunları kimi tədbirlər üçün əlavə yaşayış yeri kimi istifadə olunur. Gəmini icarəyə götürmək olar. Kirayəçilər isə qazanclarından icarə haqqı ödəyə bilərlər".

Liman rəhbərliyi isə ideyanı real saymır, çünki dənizdəki obyektlərdə təhlükəsizlik məsələləri federal hakimiyyət orqanları tərəfindən tənzimlənir./Publika.az

© xezerxeber.az


262 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR