NASA-dan YENİ KƏŞF: 300 yaşı var

15.12.2019 10:36

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Yupiter planetində nəhəng qasırğa kəşf edib.

Alimlər qasırğanı "Yuno” kosmik gəmisinə kritik manevr etdirməyə çalışarkən təsadüfən görüb.

Qasırğanın ölçüsü ABŞ-ın Texas ştatı boydadır. Bu günə qədər Yupiterdə kəşf edilən 6 qasırğadan daha böyük olan bu tapıntı planetdə yeni hadisələrin baş verdiyinə işarə kimi şərh edilir.

Qasırğanın 300-ə yaxın yaşı olduğu bildirilir.

Qeyd edək ki, "Yuno” kosmik gəmisi 5 avqust 2011-ci ildə kosmosa göndərilmişdi. O, 4 iyul 2016-cı ildə Yupiterin orbitinə çatmışdı./publika.az

© xezerxeber.az


133 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR