KXDR raket buraxılışı məntəqəsində daha bir uğurlu sınaq keçirdiyini bəyan edib

14.12.2019 14:11

Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni və vacib raket buraxılışı məntəqəsində daha bir uğurlu sınaq keçirdiyini bəyan edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

Hələlik detalları açıqlanmayan testin dekabrın 13-də yerli vaxtla saat 22:41-dən 22:48-dək Sohe raket buraxılış məntəqəsində həyata keçirildiyi bildirilir. KCNA bu sınağın nəticələrinin ölkənin strateji nüvə silahından müdafiə qabiliyyətini möhkəmləndirəcəyini yazır.

Qeyd edək ki, KXDR dekabrın 7-də Sohe raket buraxılışı məntəqəsində başqa bir vacib test həyata keçirdiyini bildirmişdi.

© xezerxeber.az

FOTOQALERIYA






124 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR