Culian Assanjın ABŞ-a ekstradisiyası ilə bağlı dinləmələr keçiriləcək

14.12.2019 12:18

"WikiLeaks”in təsisçisi Culian Assanjın ABŞ-a ekstradisiyası ilə bağlı dinləmələr gələn il fevralın 25-də keçiriləcək.

Xezerxeber.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə C. Assanjın vəkili Aytor Martines bildirib. O, ABŞ-ın ekstradisiya tələbinin rədd ediləcəyinə ümid etdiyini deyib.

Vəkil həmçinin qeyd edib ki, dekabrın 19-da Böyük Britaniya Vestminster Məhkəməsində məhkəmə iclası keçiriləcək: "Burada məhkəməyə dəlilləri təqdim edəcəyik. C. Assanj bu dinləmələrdə iştirak etməyəcək. Lakin fevralın 25-də C. Assanjın ABŞ-a verilib- verilməməsi ilə bağlı məhkəmə iclası keçiriləcək”.
Bir müddət əvvəl C. Assanjın atası Con Şipton da oğlunun ABŞ-a ekstradisiyasından narahat olduğunu dilə gətirmişdi. O bildirmişdi ki, C.Assanj Amerikaya verilsə, orada uzunmüddətli həbs cəzası ala və həbsxanada ölə bilər.

Qeyd edək ki, bu ilin aprel ayında "WikiLeaks"in qurucusu C. Assanj 2012-ci ildən bəri sığındığı Ekvadorun Londondakı səfirliyindən çıxarılıb və dərhal həbs olunub. C. Assanj məxfi sənədləri yaymaqda ittiham edilir. O, hazırda Londonun Belmarş həbsxanasında saxlanılır.

© xezerxeber.az


278 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR