Gürcüstan ilə Ukrayna arasında Strateji Şura yaradılır

14.12.2019 13:47

Gürcüstan ilə Ukrayna arasında əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə Strateji Şura yaradılır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Kiyevə səfər edən Gürcüstanın Baş naziri Giorgi Qaxaria ilə Ukrayna Prezidenti Vladimir Zelinski arasında razılaşma olub. Tərəflər bununla bağlı sənəd imzalayıblar.

Gürcüstan mətbuatının yazdığına görə, tərəflər görüş zamanı Gürcüstan və Ukraynanın Avropa İttifaqına qəbul olmaq imkanlarını, həmçinin hər iki ölkəni narahat edən problemlər barədə fikir mübadiləsi aparıblar.

© xezerxeber.az


116 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR