Gürcüstanda 205 məscid GMİ-nin ixtiyarına verilib - FOTO

13.12.2019 09:58

Gürcüstanda 330-a yaxın məscid var. Onların 205-i dövlət qeydiyyatına alınaraq Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) ixtiyarına verilib. Digər məscidlərin də dövlət qeydiyyatına alınması ilə bağlı işlər davam etdirilir.

Bu barədə GMİ-nin 2019-cu ildəki fəaliyyəti ilə bağlı hesabat yığıncağında məlumat verilib.

Qurani-Kərimin tilavəti ilə açılan tədbirdə GMİ-nin şeyxi hacı Ramin İgidov çıxış edərək il ərzində görülmüş işlər və proqramlar haqqında məlumat verib.

Bildirib ki, son illər ölkədə bir neçə yeni məscid inşa, 34 məscid təmir olunub, bir neçə məscidin müəyyən ehtiyacları təmin edilib. GMİ nəzdində 4 sayt və iki internet televiziya fəaliyyət göstərir.

Başa çatmaqda olan il ərzində 28 yeni kitab, müxtəlif qəzet, poster və jurnallar iri tirajlarda nəşr olunub.

İdarə 70 məscidin təmənnasız təbii qazla təmin olunması üçün "SOCAR Georgia Gas” şirkəti ilə müqavilə imzalayıb.

GMİ şeyxi çıxışı zamanı bəzi problemlərə də toxunub, əsasən məscidlərin tikintisi zamanı yaranan süni maneələrdən danışıb.

GMİ-nin Şərqi Gürcüstan üzrə müftisi hacı Yasin Əliyev, Qərbi Gürcüstan müftisinin nümayəndəsi Cemal Adadze, Azərbaycanın Gürcüstandakı Səfirliyinin əməkdaşı Sərxan İsmayılov, Türkiyə bu ölkədəki səfirliyinin din müşaviri Hacı Ahmed Erdem və başqaları şəxəş edərək müsəlman icmasına dövlətin diqqət və qayğısından, dövlət - din münasibətlərindən, ölkədə dinlər və məzhəblər arasındakı xoş münasibətlərdən danışıblar.

Göstərilən diqqət, qayğı və dəstəyə görə Gürcüstan dövlətinə təşəkkür ediblər. (AZƏRTAC)

© xezerxeber.az

FOTOQALERIYA






106 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR