Əfqanıstanda qızıl mədənində sürüşmə olub, 5 nəfər ölüb, 35 nəfər itkin düşüb - FOTO

12.12.2019 11:27

Əfqanıstanda qızıl mədənində torpaq sürüşməsi baş verib.

Hadisə Əfqanıstanın şimal-şərqində, Badaşxan əyalətində qeydə alınıb.

Məlumata əsasən, hadisə baş verən zaman qızıl mədənində 40-a yaxın insan olub.

Yerli sakinlər 5 nəfərin meyitini aşkarlayıblar, 35 nəfər itkin düşüb.

Əyalət qubernatorunun nümayəndəsi Nek Məhəmməd Nəzəri bildirib ki, qızıl mədəninin yerləşdiyi ərazi "Taliban” hərəkatının nəzarəti altında olduğu üçün yerli hakimiyyət itkin düşmüş şəxslərin axtarışlarında iştirak edə bilmir.

© xezerxeber.az

FOTOQALERIYA






124 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR