Vaşinqtonda Donald Tramp və Sergey Lavrov arasında görüş olub

11.12.2019 09:09

Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında görüş keçirilib.

Xezerxeber.az  xəbər verir ki, ABŞ dövlət başçısı ilə Rusiyanın xarici siyasət rəhbəri arasındakı görüş 45-50 dəqiqə davam edib. Tərəflərin hansı məsələləri müzakirə etmələri barədə məlumat verilmir.

Rusiya XİN rəhbəri ABŞ prezidenti ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırmayıb.

© xezerxeber.az


114 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR