Bağdadın hava limanına raket hücumu olub

09.12.2019 11:42

Ötən gecə Bağdadın beynəlxalq hava limanına raket hücumu olub.

Hava limanının yaxınlığındakı əraziyə 5 raket düşməsi nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb və dağıntılar var. Yerli saytlar yazırlar ki, Bağdadın beynəlxalq hava limanının yaxınlığında ABŞ-ın hərbi bazaları yerləşir. Terrorçuların məqsədi hava limanını yox, ABŞ hərbi bazasını vurmaq olub. Lakin qaranlıq hədəfi dəqiq müəyyənləşdirməyə imkan verməyib. İraqın təhlükəsizlik qüvvələri faktla bağlı araşdırma aparırlar.

Artıq bir aydan çoxdur İraqda iğtişaşlar davam edir. Əhali sosial vəziyyətdən narazılığını bildirsə də, mətbuat İraqda baş verənləri ABŞ ilə İranın qarşıdurmasının növbəti mərhələsi kimi dəyərləndirir. (AZƏRTAC)

© xezerxeber.az


128 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR