ABŞ İran Prezidentinin Yaponiyaya səfərinə etiraz etmir

08.12.2019 11:38

ABŞ nüvə razılaşması ilə bağlı yaranmış çətin vəziyyətdən çıxış yolu axtaran İran Prezidenti Həsən Ruhaninin Yaponiyaya səfərinə etiraz etmir.

AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi diplomatik mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, şənbə günü diplomatik mənbələr ABŞ-ın İran Prezidenti Həsən Ruhaninin Tehranın dünya dövlətləri ilə imzaladığı nüvə razılaşması ilə bağlı yaranmış vəziyyətdən çıxması üçün Yaponiyaya planlaşdırılan səfərinə etiraz etmədiyini vurğulayıblar.

Bununla yanaşı, Vaşinqtonun Tokionu Yaponiyanın Baş Naziri Şinzo Abe ilə İran Prezidenti Həsən Ruhani arasında sammitin nəticələrini bölüşməyə çağırdığı qeyd edilir.

Xəbər verdiyimiz kimi, hazırda İran və Yaponiya məmurları H.Ruhaninin dekabrın 20-nə planlaşdırılan səfəri üzərində işləyirlər. Plan baş tutacağı təqdirdə, bu, 2000-ci ildə Məhəmməd Hatəminin Yaponiyaya rəsmi səfərindən sonra İran Prezidentinin ilk belə yüksəksəviyyəli gəlişi olacaq.

Yaponiya və İran liderlərinin sammiti zamanı gündəlikdəki əsas mövzular sırasında Tehranın nüvə razılaşmasına riayət etməsi və Yaponiyanın Yaxın Şərqə özünümüdafiə qüvvələrini göndərməsi məsələlərinin yer alacağı güman olunur.

Xatırladaq ki, dekabrın 3-də Şinzo Abe Tokioda İranın Xarici İşlər naziri Abbas Araqçı ilə görüşüb.

© xezerxeber.az


261 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR