Boris Consonun “gizli” planı ifşa olundu

07.12.2019 17:33

Boris Consonun hökumətinin "Brexit” üzrə "gizli” planı üzə çıxdı.

BBC-nin məlumatına əsasən, sənədi Böyük Britaniyanın Leyboristlər Partiyasının lideri Ceremi Korbin dərc edib.

Korbin bu sənədi "Brexit”dən sonra Şimali İrlandiyanın sərhəddə gömrük yoxlamaları yolu ilə Böyük Britaniyadan "ayrılacağını” göstərən "tutarlı dəlil” adlandırıb.

"Bu, dövlət maraqları naminə yolverilməzdir və Böyük Britaniyanın iqtisadiyyatına mənfi təsir göstərəcək”, - deyə leyboristlərin lideri bildirib.

Conson bu məlumatı artıq təkzib edib, Korbinin bəyənatını isə "axmaqlıq” adlandırıb.

© xezerxeber.az


183 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR