İran Prezidenti dinc aksiyaçıları azad etməyə çağırıb

04.12.2019 16:48

İran Prezidenti Həsən Ruhani benzinin qiymətinin artmasından sonra dinc şəkildə etirazını bildirərkən saxlanılan vətəndaşları azad etməyə çağırıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Prezidenti televiziyada çıxışında bildirib.

O qeyd edib ki, dinc şəkildə etiraz edərkən saxlanılan, silahsız olan şəxslərə mərhəmət göstərilməli və onlar azadlığa buraxılmalıdırlar.

Xatırladaq ki, noyabrın 15-də gecə İranda davam edən iqtisadi böhranla əlaqədar benzin üçün norma tətbiq edilib, benzinin qiyməti qaldırılıb. İranda benzinin qiymətinin qaldırılması ölkənin bəzi şəhərlərində etirazlara səbəb olub. Aksiyalar zamanı polislə qarşıdurmalar da qeydə alınıb. Etirazçılar yollarda təkərlər yandırıb, avtomobillərin hərəkətinə əngəllər törədiblər. İranın Tehran əyalətində benzinin bahalaşması ilə bağlı baş verən iğtişaşlarda təhlükəsizlik qüvvələrinin 3 nəfər əməkdaşı öldürülüb. İğtişaşların təşkilində təqsirli bilinən şəxslər həbs olunub.

© xezerxeber.az


145 dəfə oxunub

XƏBƏRLƏR

18.01.2020 13:43

Bakıda "Mercedes" yanıb

ÇOX OXUNANLAR