Rusiya XİN Almaniyanın iki rus diplomatı “arzuolunmaz şəxs” elan etməsinə münasibət bildirib - YENİLƏNİB

04.12.2019 17:21

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Almaniyadakı rusiyalı diplomatların "persona non grata" elan edilməsi ilə bağlı bəyanat yayıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bəyanatda bildirilib ki, Rusiya Almaniyadakı səfirliyinin iki diplomatının "persona non grata" elan edilməsinə qarşı kompleks cavab tədbirləri görməyə məcburdur.

"Almaniya tərəfinin iki diplomatımızın ölkədən çıxarılması ilə bağlı bəyanatını əsassız və qeyri-dostcasına hesab edirik. İstintaqa siyasiləşdirilmiş bir yanaşma qəbul edilməzdir. Kompleks cavab tədbirləri həyata keçirmək məcburiyyətindəyik”, - deyə bəyanatda qeyd olunub.


16:44

Almaniya Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın bu ölkədəki səfirliyinin iki nəfər əməkdaşını "persona non grata” elan edib.

Xezerxeber.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, buna səbəb Gürcüstan vətəndaşı Zəlimxan Xanqoşvilinin qətlə yetirilməsidir.

Belə ki, adıçəkilən Gürcüstan vətəndaşı avqustun 23-də Berlində öldürülüb. Berlin polisi isə qətli törətməkdə şübhəli bilinən şəxsin 49 yaşlı Rusiya vətəndaşı olduğunu açıqlayıb.

Nazirlik artıq məsələ ilə bağlı mövqeyini Rusiya səfirliyinə çatdırıb.

Rusiya tərəfinin cavabı isə özünü çox gözlətməyib. Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov iddiaları tamamilə əsassız adlandırıb.

Xatırladaq ki, avqustun 23-də Berlində çeçen əsilli Gürcüstan vətəndaşı, Aslan Məshədov və Şamil Basayevin yaxın tərəfdarı Zəlimxan Xanqoşvili qətlə yetirilib.

© xezerxeber.az

FOTOQALERIYA






270 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR