Amerikanı silkələyən iddialar: Melaniya Trampın açıq-saçıq fotoları...

04.12.2019 12:47

ABŞ-ın birinci xanımı Melaniya Trampın 2016-cı ildə yayımlanan çılpaq fotoları ilə bağlı ilginc məqamlar üzə çıxıb.

Məsələ ilə əlaqədar faktlar ABŞ-da satışa çıxarılan "Azad Melaniya” adlı kitabda yer alıb.

Kitabda Melaniyanın yaxın rəfiqələrinin bu fikirlərinə yer verilib: "Bu fotoları kimin yaydığını bilmirik, amma həmin şəxs onun həyat yoldaşı deyil”.

"Nyu York Post” qəzeti 2016-cı ildə keçirilən prezident seçkisi ərəfəsində Melaniyanın 1996-cı ildə çəkilən çılpaq fotolarını yayımlamışdı. Həmin dövrdə seçkidən iştirak edən indiki Prezident Donald Tramp buna görə kəskin təzyiqlərə məruz qalmışdı.

Kitabın müəllifi Keyt Bennett qeyd edir ki, Melaniya bu fotoları uzun müddət Donald Trampın müşaviri olmuş Rocer Stonun yaymasından şübhələnir.

Həmin dövrdə Donald Trampın seçki kampaniyasında rəsmi olaraq yer almayan Ston Trampla yaxın əlaqələrə sahib idi. Melaniya isə fotoların çəkildiyi 1996-cı ildə məşhur modeldi. O, Paris, Milan və Nyu Yorkda bir çox dəfilə və çəkilişlərə qatılmışdı.

Kitabda Donald Trampın qəsdən həyat yoldaşının bu fotolarını yayımladığı, lakin Melaniyanın buna inanmadığı qeyd edilib.

Melaniya digər yandan, bunu rəfiqələrinin edəcəyinə də inanmır./teleqraf

© xezerxeber.az


155 dəfə oxunub

XƏBƏRLƏR

18.01.2020 13:43

Bakıda "Mercedes" yanıb

ÇOX OXUNANLAR