Ankaranın NATO-dan tələbi: YPG-ni terror təşkilatı kimi qəbul edin, yoxsa...

04.12.2019 11:10

NATO-nun qurulmasının 70 illiyi ilə bağlı Londonda keçirilən dövlət başçılarının sammitində Türkiyə damğasını vurub.

Türkiyə YPG-nin terror təşkilatı olaraq qəbul edilməyəcəyi təqdirdə NATO-nun Baltik və Polşa ilə bağlı müdafiə planına veto qoyacağını bəyan edib.

ABŞ Pentaqon vasitəsilə Türkiyənin bu tələbinə dəstək verməyəcəyini ifadə edib. Pentaqon şefi Mark Esper deyib: "Türkiyəyə mesajım budur. Bu müdaxilə planlarında yer almağımız lazımdır. Bu, onların xüsusi qayğıları səbəbindən əngəllənə bilməz”.

NATO Baş katibi Yens Stoltenberq isə zirvə toplantısı bitənə qədər Türkiyə ilə NATO arasındakı problemin həll ediləcəyinə söz vermədiyini deyib: "Mən söz vermirəm, fəqət bu, NATO-nun Baltik ölkələrini qorumaq planı yoxdur anlamını vermir”.

Fransa lideri Makron NATO-nun beyin ölümü keçirməsinə dair verdiyi sözün arxasında durduğunu elan edib. Eyni zamanda Ankaranı İŞİD uzantıları ilə işləməkdə ittiham edib. Fransa lideri Türkiyənin Rusiyadan aldığı S-400 kompleks sistemlərinin necə mümkün olduğunu da sorğulayıb./teleqraf

© xezerxeber.az


153 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR