ABŞ lazım gələcəyi təqdirdə KXDR-ə qarşı silahdan istifadə etməyə hazırdır

03.12.2019 16:32

Prezident Donald Tramp KXDR lideri Kim Çen In ilə yaxşı münasibətlərinin ABŞ-ın lazım gələcəyi təqdirdə Şimali Koreyaya qarşı silahdan istifadə etməsinə mane olmayacağını deyib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Donald Tramp bu barədə NATO-nun Londonda keçiriləcək sammiti ərəfəsində alyansın Baş katibi Yens Stoltenberqlə görüşündən sonra bildirib.

ABŞ prezidenti KXDR barədə suallara cavab verərkən, həmçinin Asiyadakı müttəfiqlərini - Cənubi Koreya və Yaponiyanı hərbi xərclərini artırmağa, öz təhlükəsizliklərini təmin etməyə daha çox xərc qoymağa çağırıb.

"ABŞ Cənubi Koreyanın müdafiəsinə külli miqdarda vəsait xərcləyir. Mən Yaponiyaya da səslənirəm – siz varlı və böyük ölkəsiniz və bizə kömək etməli, təhlükəsizliyinizə çox pul xərcləməlisiniz”, - deyə Donald Tramp əlavə edib.

© xezerxeber.az


254 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR