“Əri ilə eyni yataq otağında...” – Melaniya haqda şok iddia

03.12.2019 15:55

ABŞ Prezidenti Donald Trampla aralarındakı soyuq münasibətlərə görə boşanmaq iddiası ilə gündəmdə olan ölkənin birinci xanımı Melaniya Trampın həyatı kitab olub.

Amerikada satışa çıxarılan "Azad Melaniya” adlı kitabda onun prezident həyat yoldaşı ilə Ağ Evdə ayrı-ayrı yataqlarda yatdığı iddia edilib.

Kitabda 49 yaşlı Melaniyanın böyük bir otaqda tək yaşadığı bildirilib.

Sloveniya əsilli keçmiş modelin 73 yaşlı ərinin prezident seçilməsindən o qədər də xoşbəxt olmadığıbildirilən kitabda bunun birinci xanımın üz ifadəsindən də sezildiyi qeyd edilib. Kitabda 15 ildir evli olan cütlüyün ayrı-ayrı yataq otaqlarında yatdığı vurğulanıb.

Nəşrdə, eyni zamanda ailənin gizli xidmətin icazəsi olmadan bir pəncərə belə aça bilmədiyini, Ağ Evin həyətində belə icazə ilə gəzdikləri, evin temperaturunun da gizli xidmət tərəfindən müəyyən olunduğu yazılıb./teleqraf

© xezerxeber.az


207 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR