Rəsmən boğuluruq - Milyon illər əvvələ dönə bilərik

02.12.2019 13:21

Ümumdünya Meteorologiya Təşkilatının mütəxəssisləri 2018-ci ildə Yer atmosferində karbon qazının konsentrasiyasının 0,57% artaraq, milyonda 407,8 hissəciyə çatdığı barədə məlumat verib.

XəzərXəbər Sputnik Azərbaycan-a istinadənbildirir ki, son yüz il ərzində istixana qazının səviyyəsi sürətlə və durmadan artır və bu tendensiya qlobal istiləşmə ilə mübarizə səylərinə baxmayaraq davam edir.

18-ci əsrin ortalarında inkişaf etmiş ölkələrdə sənaye inqilabının başladığı bir dönüş nöqtəsi meydana gəldi. Alimlərin hesablamalarına görə, 1750-ci ildən bu yana CO2 miqdarı 147%, metan - 259% (milyardda 1869 hissəcik qədər), azot oksidi 123% (milyardda 331.1 hissəcikədək) artıb.

Karbon qazı atmosferdə əsrlər boyu, okeanlarda isə daha uzun müddət qala bilər. Tədqiqatlar göstərir ki, 1990-cı ildən bəri planetin sakinlərinin ümumi radiasiyaya məruz qalması 43% artıb. Və burada istixana effekti aparıcı rol oynayır.

Son dəfə Yer kürəsi belə CO2 konsentrasiyasını 3-5 milyon il əvvəl yaşayıb. O zaman orta temperatur indikindən 2-3 dərəcə isti, okeanın səviyyəsi isə 10-20 metr yüksək olub.

Meteoroloqlar isə yaxın gələcəkdə Eosen dövrünə "dönə biləcəyimizdən" qorxurlar. O dövrün qlobal istiləşməsi planetin simasını dəyişmişdi. Həmin vaxt bir çox növlər yoxa çıxıb və bütün ekosistemlər məhv olub.

© xezerxeber.az


251 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR