ŞOK HADİSƏ: Tərəvəz yığmağa getdi, cəsədinin qalıqları tapıldı

01.12.2019 13:50

Malayziyanin Sarauak ştatının şimalında timsah plantasiyada çalışan işçini yeyib.

Bu barədə yerli "Star" qəzeti məlumat yayıb.

Xəbərə görə, noyabrın 25-də Abdul Situju adlı şəxs plantasiyaya tərəvəz yığmağa gedib və itkin düşüb. Onun cəsədinin qalıqları bir neçə gündən sonra tapılıb. Meşə təsərrüfatı xidməti yerli sakini yeyən yırtıcının axtarışlarına başlayıb.

Rəsmi məlumatlara görə, 2010-2016-cı illərdə Malaziyada timsahlar 27 nəfəri öldürüb. Burada əksər hallarda insanlara yallı timsahlar hücum edir./teleqraf

© xezerxeber.az


256 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR