Vaşinqton niyə paytaxt seçildi? - GİZLİ MƏQAMLAR üzə çıxdı

01.12.2019 12:44

Vaşinqtonbu gün paytaxt statusu almasının 219 illiyini qeyd edir.

Şəhərə paytaxt statusu 1 dekabr 1800-cü ildə verilib.

Vaşinqtonun ərazisini isə ölkənin ilk prezidenti Corc Vaşinqton seçib. Şəhər məhz onun şərəfinə adlandırılıb.

Pensilvaniyada yerləşən Filadelfiya isə ABŞ-ın ilk paytaxtı olub. "İstiqlaliyyət Bəyannaməsi" məhz orada imzalanıb. Filadelfiya hazırda əhalisinin sayına görə ABŞ-ın 6-cı şəhəridir.

Britaniya işğalı zamanı, yəni 1776-77-ci illərdə ABŞ-ın paytaxtı Baltimor olub. Hazırda Merilend ştatının ən böyük şəhəridir.

1777-ci ildə ABŞ-ın paytaxtı 1 günlük Lankaster olur. 18-ci əsrin sonunda Pensilvaniyada yerləşən York şəhəri paytaxt olub.

1783-84-cü illərdə Britaniya şahzadəsi Annanın şərəfinə adlandırılan Annapolis də ABŞ-ın paytaxtı olub.

11 yanvar 1785-ci ildən 12 avqust 1790-cı ilə qədər paytaxt Nyu-York olub./publika.az

© xezerxeber.az


152 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR