Malidə Fransaya məxsus hərbi helikopterlər toqquşub - 13 hərbçi həlak olub

26.11.2019 15:30

Malidə Fransaya məxsus hərbi helikopterlərin toqquşması nəticəsində 13 hərbçi həlak olub.

"Cougar” və "Tigre” tipli hərbi helikopterlər Liptako regionunda toqquşublar. "Cougar” tipli helikopterdə 6 nəfərdən ibarət dağ döyüş qrupu və 1 nəfər missiya rəhbəri olub.

Hərbi əməliyyatın həyata keçirilməsi zamanı baş vermiş qəzada ölənlər paraşütçülər, dağ döyüş qruplarında xidmət edən hərbiçilər olublar. (AZƏRTAC)

© xezerxeber.az

FOTOQALERIYA






111 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR