Ordu etirazçıların tərəfinə keçdi – Ölkədə xaos

26.11.2019 15:55

Livan ordusu Əl-Mustakbal sünni hərəkatı ilə şiə təşkilatları Amal və Hizbullah arasında baş verən qarşıdurmadan sonra Beyrutun qərb bölgələrinə nəzarəti ələ keçirib.

Livan ordusu qarşıdurmanın mərkəzinə çevrilən Kola yaxınlığındakı əraziləri mühasirəyə alıb.

Bundan əvvəl Livan hərbçiləri və jandarmlar Beyrutun cənubundakı Kaskasın sünni və Tariq əl-Cədid ərazilərinə yaxınlaşan qarşıdurmanı dayandırıb.

Bundan əlavə, Livan birlikləri nümayişçilərin yaxın günlərdə ümumi tətil keçirməyə çağırışını dəstəkləyib. Dövlət sektorunu və özəl şirkətləri əhatə edəcək ümumrespublika etirazları noyabrın 28-də Beyrutda başlayacaq və üç gün davam edəcək./teleqraf

© xezerxeber.az


244 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR