Temperatur mənfi 51 dərəcəyə düşdü - Məktəblər bağlandı

25.11.2019 18:33

Rusiyaya bağlı Saxa Respublikasının Verxoyansk şəhərində dondurucu hava şəraiti hökm sürür.

Ölkənin ən soyuq nöqtələrindən biri olan şəhərdə havanın temperaturu -51 dərəcəyə düşüb.

Hava şəraitinin əlverişsiz olması səbəbilə şəhər miqyasında bütün 1-7-ci siniflər tətilə buraxılıb. Temperatur -55 dərəcəyə düşərsə, bütün məktəblər bağlanacaq.

Qeyd edək ki, Saxa Rspublikasının Verxoyansk və Oymyakon şəhərləri hava temperaturunun -67 dərəcəyə qədər enməsinə görə dünyanın ən soyuq nöqtələri kimi tanınır./publika.az

© xezerxeber.az


343 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR