ABŞ Türkiyəni “S-400”lərə görə şantaj edir

22.11.2019 15:38

ABŞ Türkiyəyə Rusiyanın "3PK S-400” zenit-raket kompleksini məhv etməyi və ya geri qaytarmağı təklif edib.

Bu barədəABŞ-ın Xarici Siyasət İdarəsinin bəyanatında bildirilir.

"S-400”lərin çatdırılması qəbuledilməzdir, onlar sanksiya risklərini artırır. Doğrudur, "CAATSA”-nın (Sanksiyalar Qanunu ilə Amerikanın Düşmənlərinə Qarşı Mübarizə) qanununa əsasən, sanksiyaların vaxtı təyin edilməyib və dəqiq deyil. Hələ sanksiyaların harada tətbiq olunacağı, onların genişliyi və dərinliyi barədə danışmaq olmaz”, - deyə xarici siyasət idarəsinin məsul şəxsi bildirib.

O qeyd edib ki, Türkiyənin danışıq masası ətrafına gəlməsi üçün manevr azadlığı var:

"Eyni zamanda, biz onların ehtiyaclarını təmin edəcək "Patriot” komplekslərinin əldə etmək imkanlarını bağlamamışıq”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Türkiyəyə səfərində "S-400” raketlərininəldə olunması məsələsinin həll olunacağına ümid etdiyini bildirmişdi./oxu.az

© xezerxeber.az


145 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR