Qulamhüseyn İsmaili: İranda baş verən hadisələr əvvəlcədən planlaşdırılıb

20.11.2019 18:10

Kütləvi etiraz aksiyaları İranın 1080 şəhərindən 100-də baş verib. Bu aksiyaların hər birində 100-dən 1500 qədər insan iştirak edib.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın məhkəmə hakimiyyətinin nümayəndəsi Qulamhüseyn İsmaili deyib.

O bildirib ki, iğtişaş törətməyə çalışarkən həbs edilənlər xaricdən hər gün üçün 60 dollar aldıqlarını etiraf ediblər. İranın xüsusi xidmət orqanlarının hazırladığı hesabata əsasən Q.Hüseyni nəzərə çatdırıb ki, ümumilikdə aksiyalarda 87 min adam iştirak edib. Törədilən iğtişaşlarda 100 bank və 57 ticarət mərkəzi dağıdılıb. Dağıntılar əsasən Tehran, Xuzistan, Fars və Şiraz vilayətlərində baş verib. İranlıların dinc aksiyasından istifadə edən xarici qüvvələr ölkədə sabitliyi pozmaq üçün maliyyə ayırıblar. Dinc aksiyalarla yanaşı, ayrılan pul təxribatçılara göndərilib və iğtişaş törədilib.

Baş verən hadisələrin təhlili göstərir ki, iğtişaşlar əvvəlcədən planlaşdırılıb və fürsət düşən kimi işə salınıb.

İğtişaş yaratmaqda şübhəli bilinən 1000 nəfər həbs edilib. Araşdırma davam edir.

© xezerxeber.az


112 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR