Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Türk həkimləri Suriyada hər gün təxminən 750 suriyalıya xidmət göstərir

20.11.2019 14:35

Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi "Sülh çeşməsi” əməliyyatı nəticəsində terrordan təmizlənən Suriyanın Tel Abyad və Rasulayn bölgələrində türk həkimləri hər gün təxminən 750 suriyalıya xidmət göstərir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Bildirilir ki, bu ilin oktyabr ayının 26-dan etibarən Tel Abyadda, noyabrın 1-dən etibarən isə Rasulaynda Türkiyəyə məxsus mobil səhiyyə maşınları fəaliyyətə başlayıb.

Hazırda həkimlər bölgədə bərpa olunan xəstəxanalarda fəaliyyətlərini davam etdirirlər.

Tel Abyad xəstəxanasında 6-ı həkim olmaqla 38 nəfər, Rasulayn xəstəxanasında isə 5-i həkim olmaqla 34 nəfərdən ibarət tibb heyətləri işləyir.

© xezerxeber.az


104 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR