Əfqanıstanda helikopter qəzasında iki ABŞ hərbçisi həlak olub

20.11.2019 10:14

Bu gün Əfqanıstanda helikopterin qəzaya uğraması nəticəsində ABŞ Ordusunun iki hərbçisi həlak olub.

APA-nın xəbərinə görə, bu barədə "Reuters” ABŞ hərbçilərinə istinadən məlumat yayıb.

"Qəzanın səbəbləri araşdırılır. İlkin araşdırmalara görə, helikopterin düşmən tərəfindən vurulduğunu söyləmək üçün heç bir əsas yoxdur”, - ABŞ tərəfinin yaydığı açıqlamada bildirilir.
Hadisənin digər təfərrüatları hələlik açıqlanmır.

© xezerxeber.az


97 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR