Pakistanda ildırım vurması nəticəsində 22 adam ölüb

16.11.2019 16:02

Pakistanın Sind əyalətinin Tarparkar dairəsində ildırım vurması nəticəsində ilkin məlumata görə 22 adam ölüb, 20 nəfər yaralanıb.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, əyalətin bir çox kəndləri ilə mobil telefon əlaqəsi olmadığından bu rəqəmin artacağı ehtimal edilir. Yaralananların çoxunun vəziyyəti ağırdır.

Xatırladırıq ki, Sind əyalətində bir neçə gündür aramsız yağış yağır, ildırım çaxır.

Məlumatda deyilir ki, ildırım vurmasından əyalətdə onlarca iri və xırdabuynuzlu heyvan da tələf olub.

© xezerxeber.az


112 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR