Prezident qaçdı, yerini o qadın tutdu

13.11.2019 12:35

Boliviyada hərbi çevrilişdən sonra istefa verən dövlət başçısı Evo Moralesin yerinə keçəcək şəxsin adı bəlli olub.

Boliviya Senatının sədr müavini Heanine Anes 90 gün ərzində ölkəni erkən seçkilərə aparacaq müvəqqəti dövlət başçısı olub.

Bu barədə qərar parlamentdə keçirilən səsvermədə verilib.

Boliviyada oktyabrın 20-də keçirilən prezident seçkisində saxtakarlığın baş verdiyi iddiası ilə etiraz aksiyaları başlayıb. Seçkidə dördüncü dəfə prezident seçilən Morales etirazlardan sonra istefa verməyə məcbur olub.

Həbs olunacağından ehtiyat edən keçmiş prezident Meksikaya qaçıb./teleqraf

© xezerxeber.az


82 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR