“İŞİD-in yeni liderini də öldürəcəyik, yerini bilirik” – Tramp

13.11.2019 12:30

"İŞİD terror təşkilatının yeni lideri Əbu İbrahim əl-Haşimi əl-Qureyşinin yerini bilirik”.

Bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Dövlət başçısı Qureyşinin də bir neçə gün əvvəl öldürülən İŞİD lideri Əbubəkir əl-Bağdadinin taleyini yaşayacağını bildirib:

"Amerikalı hərbçilər Bağdadini və İŞİD-in ikinci şəxsini öldürdü, indi diqqətimiz üçüncünün üzərindədir. Üçüncünün də ciddi problemləri var, çünki onun da harada olduğunu bilirik”./teleqraf

© xezerxeber.az


76 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR