Xalq Türkiyənin ƏN ETİBARLI DÖVLƏT QURUMLARInı seçdi - Ərdoğanla bağlı təəccüblü nəticə

09.11.2019 10:19

MetroPOLL Araşdırma Şirkəti "Türkiyənin Nəbzi, 19 oktyabr” anket sorğusunun nəticələrini açıqlayıb.

Sorğu iştirakçılarına ölkənin ən etibarlı dövlət qurumlarının hansı olması barədə suallar verilib.

"Prezident Rəcəb Tayyib Ərdoğanın siyasətini bəyənirsinizmi” sualına iştirakçıların 54%-i "bəyənirəm”, 36,7%-i "bəyənmirəm” cavabını verib. Ərdoğanın ötən aykı bəyənmə səviyyəsində yüksəliş qeydə alınıb.

Türkiyənin ən etibarlı dövlət qurumlarının siyahısı belədir:
1-Türkiyə Böyük Millət Məclisi (31,3%)
2-Prezident Administrasiyası (24,4%)
3-Ordu (16,7%)
4-Təhlükəsizlik qüvvələri (5,1%)
6-Təhsil qurumları (4,6%)
7-Məhkəmə qurumları (2,7%)
8-Dini qurumlar (2,1%)
9-Siyasi partiyalar (1,9%)

publika.az

© xezerxeber.az


56 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR