Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

“Türkiyəyə müdaxilə etməliyik ” – ABŞ-da məxfi yazışma üzə çıxdı

08.11.2019 12:27

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffrinin Türkiyəyə səfərindən əvvəl "Nyu-York Tayms” qəzeti sensasion bir sənəd yayımlayıb.

Ceffriyə aid yazışmada onun köməkçisinin Türkiyənin "Sülh çeşməsi” əməliyyatları ilə bağlı skandal ifadələri diqqət çəkib.

Ceffrinin köməkçisi Uilyam Robuk yazışmada ABŞ-ın Türkiyəyə qarşı daha sərt siyasət yürütməsinin, iqtisadi hədələrini artırılmasının və sərhədlərdə patrul xidmətlərinin gücləndirməsinin, o cümlədən əməliyyatların qarşısının alınmasının vacibliyinə diqqət çəkib.

Robok iddia edib ki, Türkiyə suriyalı müxaliflərin kürd əsirləri öldürməsinə göz yumur. O, eyni zamanda Türkiyəni Suriyada cihadçı terror təşkilatlarına dəstək verməkdə ittiham edib və kürdlərə qarşı "etnik təmizləmə”də günahlandırıb.

"Nyu-York Tayms” Robukun iki ildir Suriya Demokratik Qüvvələri terror təşkilatı ilə də əməkdaşlıq etdiyinə diqqət çəkib.

Amerikalı diplomatın SDQ-nin lideri Məzlum Kobani ilə dəfələrlə Türkiyə əleyhinə gizli danışıqlar apardığı da məqalədə yer alıb.

Onun fikrincə, ABŞ Türkiyənin Suriyadakı əməliyyatlarını iqtisadi təhdidləri artırmaqla almalı idi: "Bu məqsədlə NATO qüvvələri Suriya-Türkiyə sərhədlərində yerləşdirilməlidir”./teleqraf

© xezerxeber.az


56 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR